Belarus və Rusiya ekstremistlərin vahid siyahısını yaradacaq.

"Unikal" xəbər verir ki, "bu, yaxın gələcəkdə baş verəcək", - deyə Belarusun Moskvadakı səfiri Dmitri Krutoy bildirib.

“Əlbəttə, burada təhlükəsizlik agentlikləri arasında daha çox koordinasiya lazımdır. Düşünürəm ki, bu, yaxın vaxtlarda öz həllini tapacaq”, - diplomat BELTA agentliyinə müsahibəsində bildirib.

Krutoyun sözlərinə görə, vahid siyahıların yaradılması ideyası iki ölkənin Daxili İşlər Nazirliyinin rəhbərləri səviyyəsində dəfələrlə müzakirə olunub.