Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Çağlayanda İstanbul məhkəməsi qarşısında törədilən terror aktı ilə bağlı açıqlama verib. 

"Unikal"ın Türkiyə mediasına istinadən məlumatına görə, o bildirib ki, məhkəmə binasına edilən hücumdan sonra 25 ünvanda əməliyyat keçirilib və 40 nəfər saxlanılıb. 

*** 18:29

Türkiyənin İstanbul şəhərinin Çağlayan rayon məhkəməsinin binasının girişinə hücumun bəzi təfərrüatları məlum olub.

"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib. 

Yılmaz Tunç hadisə yerinə baxış keçirdikdən sonra bildirib ki, ədliyyəyə girən kimi şəxsiyyətlər yoxlanılır: "Terrorçu olduqları anlaşılınca D qapısından qaçaraq C qapısına gəlirlər. Burada başlayan qarşıdurmada terrorçular zərərsizləşdirilir. Hadisə ilə əlaqədar 34 nəfər saxlanılıb."