İran parklarında qarışıq idman növlərinə qadağa qoyulub.

"Unikal" xəbər verir ki, Xorasan-e Rəzəvi əyalətindən olan bəzi jurnalistlər xəbər veriblər ki, bu əyalətin parklarında, xüsusən də Məşhəd şəhərində kişi və qadınların birgə idmanla məşğul olmasına qadağa qoyulub. 

Məlumata görə, Xorasan-e Rəzəvi əyalətinin Gənclər və İdman Baş İdarəsinin rəisi Əlirza Tacfiruz bunu təsdiq edərək deyib: 

“Bundan sonra parklarda qadın və kişilərin birgə idman etməsi qadağandır. Qadınlara naməhrəm baxış olmasın deyə onlar ayrıca idman etməlidirlər”.