Keçmiş erməni deputat, "Çiçəklənən Ermənistan" partiyasının üzvü Hrant Ayvazyan fevralın 6-da yol qəzasında dünyasını dəyişib. 

"Unikal" erməni mediasına istinadən xəbər verir ki, qəza Ermənistanın Araqatsotn rayonunda Camşlu-Qeharot yolunda baş verib. "Toyta Camry", "Nissan March" və

"Ford Transit" markalı avtomobillərin toqquşması nəticəsində Ayvazyan hadisə yerindəcə keçinib. Avtomobillərin birində olan hamilə qadın isə xəstəxanaya yerləşdirilib. 

Qəza ilə bağlı cinayət işi başlanıb.