Vətən müharibəsi şəhidi Natiq Baxşəliyevin xanımı Gülnaz Baxşəliyeva Bakıda səhər saatlarında mağazalardan birinə gedərkən 11 min dollar tapıb. 

"Unikal" xəbər verir ki, bu barədə şəhidin xanımı ATV kanalında yayımlanan "Bizimləsən" verilişinə müraciətində deyib. 

Pulun həqiqi sahibi Müşfiq adlı şəxs verilişin qaynar xəttinə zəng vuraraq itirdiyi puluna qovuşub. O, iş adamı olduğunu və həmin məbləği Türkiyədə müalicə alan yaxın adamına göndərəcəyini bildirib.