Türkiyənin ilk astronavtı Alper Gezeravcının yerə dönüşü növbəti dəfə təxirə salınıb.

"Unikal" xəbər verir ki, kosmik nəqliyyat şirkəti SpaceX, aralarında Gezeravcının da olduğu Ax-3 komandasının Florida sahilindəki əlverişsiz hava şəraiti səbəbindən enişinin bir daha təxirə salındığını açıqlayıb. Ekipajın səhhətinin yaxşı olduğu bildirilsə də, Ax-3 komandasının nə vaxt eniş edəcəyi barədə məlumat verilməyib.
 Digər tərəfdən Ax-3 komandasının Beynəlxalq Kosmik Stansiyadan (BKS) nə vaxt ayrılacağı paylaşılmayıb.

Fevralın 2-də BKS-dən ayrılması gözlənilən Ax-3 ekipajının geri qayıtması Florida sahillərindəki əlverişsiz hava şəraiti səbəbindən əvvəlcə fevralın 5-i bazar ertəsinə, sonra isə fevralın 6-sı çərşənbə axşamına təxirə salınıb. Gezeravcı və 3 astronavtı SpaceX-in Dragon kosmik gəmisi ilə orbitə daşıyacaq Falcon-9 raketi yanvarın 19-da saat 00.49-da Florida ştatındakı Kennedy Kosmik Mərkəzindən uğurla buraxılıb. Dragon kosmik gəmisi təxminən 36 saat davam edən kosmos səyahətindən sonra yanvarın 20-də, GMT saat 13.40-da Beynəlxalq Kosmik Stansiyaya yaxınlaşıb. Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyada qaldığı 14 gün ərzində proqramına uyğun olaraq 13 təcrübə həyata keçirib.