Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili müxalifəti ilin sonunda keçiriləcək prezident seçkilərində respublika prezidentliyinə vahid namizədlə bağlı qərar verməyə dəvət edib.

"Unikal" xəbər verir ki, Saakaşvili sosial şəbəkədəki səhifəsində yazıb: “Mən müxalifətdən kimin prezidentliyə namizəd ola biləcəyini təxminən bilirəm, amma başqalarının fikirləri ilə də maraqlanıram”.

Bundan əlavə, o, ölkənin hazırkı prezidenti Salome Zurabişvilinin parlamentdə illik hesabatını təqdim etməsini müsbət qiymətləndirib, xüsusilə hesabatda Gürcüstanda bütün qərbyönlü qüvvələrin birləşməsi çağırışını qeyd edib.

"Prezidentin bugünkü çıxışı və ümumi siyasi vəziyyət təsdiq etdi ki, oliqarx Bidzina İvanişvilinin hakimiyyəti tükənib və qarşıdan gələn parlament seçkilərində biz Gürcüstanı onun pəncəsindən azad etməliyik", - Saakaşvili yazıb.

Bundan əvvəl müxalifət partiyaları oktyabrda keçiriləcək parlament seçkilərində qalib gəlsələr, Gürcüstanın baş naziri postuna Saakaşvilinin namizədliyini irəli sürəcəklərini dəfələrlə bəyan ediblər.

Zurabişvili parlamentdə çıxış edərək hakim “Gürcü arzusu” partiyasını və onun yaradıcısı İvanişvilini kəskin tənqid edib.