Futbol üzrə İordaniya millisi yarımfinal görüşündə Cənubi Koreya millisinə qalib gələrək tarixdə ilk dəfə Asiya Kubokunun finalına yüksəlib.

"Unikal" xəbər verir ki, görüş yanvarın 6-da Əl-Rayyanda baş tutub və 2:0 hesabı ilə iordaniyalıların xeyrinə başa çatıb. Qaliblərin qollarını Yazan Əl-Naimat (53-cü dəqiqə) və Musa Əl-Tamari (66-cı dəqiqə) vurub.

İordaniya komandası  tarixdə ən yaxşı nəticəni Qətərdə keçirilən turnirdə göstərib. Buna qədər komanda Asiya Kubokunda heç vaxt 1/4 finala yüksəlməmişdi. Turnirdə qələbə qazanmaq üçün iordaniyalılar Qətər və İran milli komandaları arasında keçirilən oyunun qalibi ilə mübarizə aparacaq .

Cari Asiya Kubokunda İordaniya qrupda üçüncü yerdən pley-offa çıxıb, 1/8 finalda BƏƏ komandasını, 1/4 finalda Tacikistanı məğlub edib.

Cənubi Koreya 64 ildir ki, Asiya kubokunu qazanmır. Komanda sonuncu dəfə 1960-cı ildə qitə çempionluğunu qazana bilib.

Asiya kubokuna fevralın 10-da yekun vurulacaq. 2019-cu ildə Qətər kuboku qazanıb.