MAQATE rəhbəri Zaporojye AES-dəki vəziyyəti qlobal problem adlandırıb.

"Unikal" xəbər verir ki, Rafael Qrossi qeyd edib ki, Avropanın ən böyük atom elektrik stansiyasının taleyi və oradakı problemlərin nəticələri sırf texniki aspektdən kənara çıxır.

O, Kiyevə səfəri zamanı Rusiya və Ukrayna ilə dialoqun davam etdirilməsinin vacibliyini qeyd edərək, “Söhbət bütün dünyanın təhlükəsizliyindən gedir” deyib.

Bundan əvvəl Qrossinin gələn həftə ölkəmizə səfər edəcəyi məlum olub. O, Fransa mətbuatına müsahibəsində deyib ki, səfərlər hər iki tərəflə dialoq üçün lazımdır.