Türkiyənin "Baykar" şirkətinin baş direktoru Haluk Bayraktar Kiyev yaxınlığında Bayraktar pilotsuz uçan aparatları istehsal edəcək zavodun tikintisinə başladığını açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə biznesmen Səudiyyə Ərəbistanında silah sərgisi zamanı  Reuters agentliyinə müsahibəsində bildirib.

Bayraktarın sözlərinə görə, tikintini başa çatdırmaq üçün təxminən bir il vaxt lazımdır. Daha sonra zavodda daxili işlər aparılacaq, avadanlıq quraşdırılacaq və idarəetmə strukturu təşkil olunacaq.

İş adamı vurğulatıb ki, Ukraynada müəssisə  böyük olacaq, ona görə də təxminən 500 işçinin işə götürülməsi planlaşdırılır.

Bayraktar qeyd edib ki, zavod təxminən 120 Bayraktar pilotsuz uçan aparat istehsal edəcək. Onun sözlərinə görə, orada hansı modelin, TB2 və ya TB3-ün istehsal olunacağı hələ dəqiq deyil.

Müəssisənin təhlükəsizliyi ilə bağlı mümkün problemlər barədə isə  “Baykar”ın baş direktoru vurğulayıb ki, mövcud planların tam həyata keçirilməsinə heç nə mane ola bilməz.

Daha əvvəl bildirilib ki,  Bayraktar TB3 hücum pilotsuz təyyarəsinin ikinci uğurlu sınaqları Türkiyədə keçirilib.