Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasında prezident seçkilərində məhbusların iştirakı üçün 3 seçki məntəqəsi yaradılıb.
"Unikal" xəbər verir ki, 29 saylı Sabunçu Seçki Dairəsinin 38, 39 və 40 saylı seçki məntəqəsinin yerləşdiyi təcridxanada 4000-dən artıq seçici səs verəcək. 38 saylı seçki məntəqəsində 1362 məhbus səs verəcək.
Səhər saat 08:00-dan səsvermə prosesinə start verilib. Saat 10:00-a qədər məntəqədə 265 məhbus səs verib.
Cəzaçəkmə müəssisəsinin 39 saylı seçki məntəqəsi üzrə də səsvermə davam edir.
39 saylı seçki məntəqəsinin sədri Hüsaməddin Bağırov bildirib ki, 1016 məhkum səs verəcək.
Onun sözlərinə görə, səsvermə prosesi başlayandan indiyədək 269 məhkum səs verib.
Anar Kəlbiyev