Dünyanın istənilən yerində İsrailin İranın maraqlarına qarşı təhdidləri cavabsız qalmayacaq. 

"Unikal" xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əməliyyatlar üzrə komandirinin müavini, general Abbas Nilforuşan bildirib.

"Biz İsrail rejiminin dünyanın istənilən yerində bizim maraqlarımıza zidd olaraq həyata keçirməyə cəsarət edəcəyi hərəkətləri cavabsız qoymayacağıq", - general deyib. 

Nilforuşanın sözlərinə görə, İsrail İrana qarşı boz zona müharibəsi strategiyasından istifadə edir və bunun ən mühüm məqsədi İranın gücünün əsas komponentlərini: nüvə, raket, pilotsuz təyyarələri, eləcə də onun regiona təsirini zəiflətməyə çalışmaqdır.

Ağarza Elçinoğlu