“Rəy” Monitorinq Mərkəzi növbədənkənar prezident seçkilərində 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində “exit-poll” keçirib.
"Unikal" xəbər verir ki, bu barədə Mərkəzin direktoru Rizvan Abbasov fevralın 7-də keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, “exit-poll” da mərkəzin 300-ə yaxın əməkdaşı iştirak edib.
“Exit-poll”un nəticələri belə olub:
Hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev - 92.6 faiz;
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev - 0.46 faiz;
Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc- 0.37 faiz;
Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa-0.58 faiz;
Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev- 0.11 faiz;
Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev- 1.16 faiz;
Öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Fuad Əliyev-0.84.
*** 20:08
Sosioloji Tədqiqatlar Mərkəzi fevralın 7-də keçirilmiş president seçkiləri ilə bağlı keçirdiyi “exit--poll”un nəticələrini açıqlayıb.
"Unikal" xəbər verir ki, bununla bağlı keçirilən mətbuat konfransında Mərkəzin nümayəndəsi Natalya İsayeva “exit-poll”un xüsusi hazırlanmış proqram əsasında aparıldığını bildirib. Qeyd edib ki, “exit-poll” 25 seçki dairəsi üzrə 125 seçki məntəqəsində keçirilib. Sorğulara 5012 respondent cəlb olunub. Onların 24 faizi Bakı şəhəri, 7, 9 faizi Gəncə, Sumqayıt şəhərlərini əhatə edir. 44,3 faizi isə kənd sakinləri olub.
“Exit-poll”un nəticələri belədir:
İlham Əliyev - 92, 4 faiz;
Zahid Oruc - 2,2 faiz;
Fazil Mustafa - 2 faiz;
Qüdrət Həsənquliyev - 1,6 faiz;
Musayev Elşad – 0,8 faiz;
Fuad Əliyev - 0,4 faiz;
Razi Nurullayev - 0,3 faiz.
*** 19:21
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı ilə birgə keçirdiyi “exit-poll”un ilkin nəticələrini açıqlayıb.
"Unikal" xəbər verir ki, təşkilatın nümayəndəsi George Brinbaum “exit-poll”un nəticələrini açıqlayıb.
Nəticələr aşağıdakı kimidir:
Hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev - 93.9 faiz;
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev - 1.2 faiz;
Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 1.8 faiz;
Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa - 1.5 faiz;
Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev- 0.4 faiz;
Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev - 0.9 faiz;
Öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Fuad Əliyev - 0.3.