Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə fevralın 12-nə planlaşdırılan səfəri təxirə salınıb.
"Unikal" xəbər verir ki, bu barədə TASS-a Türkiyədəki diplomatik mənbə məlumat verib.
Səfərin təxirə salınma səbəbi açıqlanmayıb.
Qeyd edək ki, türk mətbutı Vladimir Putinin fevralın 12-də Türkiyəyə səfər edəcəyini açıqlamışdı. Rus KİV-ləri başqa tarixlərin də nəzərdən keçirildiyini bildirib. Putinin köməkçisi Yuri Uşakov açıqlayıb ki, Putinin səfəri fevralda baş tutacaq.