Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Niderland Krallığının nüfuzlu analitik mərkəzlərindən biri olan “Klingendeel” Beynəlxalq Münasibətlər İnstitutunda dəyirmi masada iştirak edib.

"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. 

Müzakirələr zamanı Azərbaycanla sülh sazişi layihəsi üzrə danışıqlar prosesinə istinad edilib. Mirzoyan ərazi bütövlüyünün birmənalı tanınmasının vacibliyini və Alma-Ata Bəyannaməsi və SSRİ-nin ən son qanuni xəritələri əsasında gələcək delimitasiya prosesi üçün maksimum əminliyin təmin edilməsinin vacibliyini vurğulayıb. 

O, regional nəqliyyat və iqtisadi kanalların bloklanması kontekstində Ermənistan Respublikası üçün hər hansı bir “dəhliz” məntiqinin qəbuledilməzliyini bildirib. 

Ağarza Elçinoğlu