Xəbər verdiyimiz kimi, müğənni Əli Mirəliyev səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilib.
"Unikal"ın məlumatına görə, Yeni Klinikanın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarovanın sözlərinə görə, sənətçinin əməliyyat edilməsinə ehtiyac olmayıb.
Ə.Mirəliyev özünü yaxşı hiss edir və müalicəsini davam etdirir.
*** 13:53
Müğənni Əli Mirəliyev xəstəxanaya yerləşdirilib.
"Unikal" xəbər verir ki, bu haqda "Elgizlə izlə" proqramında deyilib. Sənətçinin xanımı onun səhhətindən danışıb. O bildirib ki, Ə.Mirəliyev əməliyyat olunacaq:
"Vəziyyəti çox ağır idi, indi müayinələrin cavabını gözləyirik. Həkimlər deyib, əməliyyat olunacaq".
Aparıcı Elgiz Əkbər isə "Dua edirik ki, xərçəng olmasın. Şübhələr var. Qan ifraz edib. Həkimlər hazırda analiz nəticəsini gözləyir. 4 gün vəziyyəti çox pis olub" sözlərini əlavə edib.