“Neftçi” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sumqayıt”la keçiriləcək cavab oyununa itkilərlə çıxacaq.
Klubdan "Unikal"a verilən məlumata görə, üç futbolçu qarşıdakı matçı buraxacaq.
Bir müddətdir zəd=əli olan Kilan Lebon artıq tam olaraq məşqlərə qoşulub. Qapıçı İvan Brkiçin isə müalicə prosesini davam edir. Xorvatiyalı qolkiperin məşqlərə geri dönəcəyi vaxt bir həftə sonra baş tutacaq müayinədən sonra müəyyənləşəcək.
Emil Balayev və Asiya kubokunda zədələnən Ataa Caberin müalicə və reabilitasiyası davam edir.