Rusiyanın Perm vilayətində dəmir yol sisternlərinin yanması nəticəsində 7 nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, Perm vilayətinin Kuedinsk dairəsində qaz borusunda partlayış nəticəsində dəmir yol sisternləri yanıb. Sonradan alov ətrafdakı üç evə keçib. İlkin məlumata görə, xəsarət alanlar arasında iki uşaq da var. Yaralılar xəstəxanaya yerləşdirilib.

22:30

Rusiyanın Perm vilayətinin Kueda kəndində qaz kəmərində baş verən partlayışdan sonra yük qatarı yanıb.

"Unikal" xəbər verir ki, fövqəladə hadisə Kueda kəndində baş verib. Hazırda qatarda olan üç çən, eləcə də yaxınlıqda yerləşən yaşayış binası yanır.

Bundan əlavə, Mash Telegram kanalının məlumatına görə, iki qurban xəstəxanaya yerləşdirilib - tüstüdən zəhərlənən yeniyetmə, həmçinin yanıq xəsarətləri olan qadın. Yanğın iki yaşayış binasını əhatə edib.