Gürcüstan prezidenti Salome Zurabişvili İrakli Kobaxidzenin baş nazir təyin edilməsi haqqında sərəncam imzalayıb.

"Unikal" xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki səhifəsində yazıb.

xxx

Gürcüstan parlamenti Gürcüstanın baş naziri postuna namizəd kimi İrakli Kobaxidzeyə etimad göstərib.

"Unikal" "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, etimadın lehinə 84, əleyhinə 10 deputat səs verib.

Kobaxidze onun təyinatı haqqında fərmanı Gürcüstan prezidenti Salome Zurabişvili imzaladıqdan sonra və ya Zurabişvili onun təyinatını imzalamaqdan imtina edərsə, etimad ifadəsindən iki gün sonra rəsmi olaraq baş nazir olacaq.

Bundan əlavə, parlament Kobaxidzenin təmsil etdiyi Nazirlər Kabinetini və “Avropa dövlətinin qurulması üçün” hökumət proqramını dəstəklədi.

Nazirlər yalnız baş nazir səlahiyyətlərini almış Kobaxidze onların təyinatı ilə bağlı sərəncamlar imzaladıqdan sonra öz vəzifələrini tutacaqlar.

Nazirlər Kabinetində yalnız bir yeni sima var - müdafiə naziri postuna namizəd İrakli Çikovani.

Gürcüstan hökumətində qalan vəzifələr aşağıdakı kimi bölüşdürüləcək:

Teya Tsulukiani - Gürcüstanın mədəniyyət və idman naziri

Levan Davitaşvili – Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri

İlya Darçiaşivli – Gürcüstanın xarici işlər naziri

Laşa Xutişvili – Gürcüstanın maliyyə naziri

İrakli Karseladze – Gürcüstanın regional inkişaf və infrastruktur naziri

Rati Breqadze – Gürcüstanın ədliyyə naziri

Vaxtanq Qomelauri - Gürcüstanın daxili işlər naziri

Otar Şamugia – Gürcüstanın ətraf mühit və kənd təsərrüfatı naziri

Giorgi Amilaxvari - Gürcüstanın təhsil, elm və gənclər naziri

Zurab Azaraşvili - Gürcüstanın işğal olunmuş ərazilərindən məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri

Teya Axvlediani - Barışıq və Vətəndaş Bərabərliyi üzrə dövlət naziridir.