“Facebook” və “Instagram” sosial saytlarının sahibi olan “Meta” şirkəti sözügedən sosial saytların süni intellektdən istifadə etməklə yaradılmış fotoreal görüntüləri qeyd edəcəyini açıqlayıb.

"Unikal" xəbər verir ki, belə bir qərar ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi seçicilərə təsir etmək üçün saxta fotoların və digər məzmunların yayılmasının mümkünlüyünü nəzərə alaraq qəbul edilib.

Qərar ABŞ-da və dünyanın bir sıra ölkələrində prezident seçkilərinin keçiriləcəyi bir il müddətində qüvvədə qalacaq. Bununla belə, Metanın "Llama" adlı süni intellektinin köməyi ilə yaradılan fotolar işarələnəcək. İşarələr yaxın aylarda görünəcək.