Ukrayna Prezident Ofisinin rəhbəri Mixail Podolyak Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının istefaya göndərilməsinin səbəblərini açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yazıb.

Podolyak vurğulayıb ki, qərar “keçən il istənilən nəticəni tam təmin etməyən" taktikaya yenidən baxmaq zərurəti ilə bağlı olub.

İkinci səbəb cəbhə xəttində durğunluğun qarşısını almaq zərurəti idi.

"Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin təşəbbüsü saxlamaq və inkişaf etdirmək üçün həll yolları tapması lazımdır”, - deyə Podolyak qeyd edib.

O, həmçinin Sırskinin təyinatını Ukrayna ordusunda idarəetmə prinsiplərində islahatlara başlamaq zərurəti ilə izah edib.

Qeyd edək ki, fevralın 8-də general-polkovnik Aleksandr Sırski Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı təyin edilib.

Nuranə Abbasova