Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində Ukraynanın Böyük Britaniyanın keçmiş baş naziri Boris Consona görə danışıqlardan imtina etdiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, müsahibənin tam mətni Kremlin saytında yerləşdirilib.

Rusiya dövlət başçısının sözlərinə görə, əgər Ukrayna danışıqlara razılıq versəydi döyüşlər il yarım əvvəl başa çata bilərdi.

"Bəs cənab Conson indi haradadır? Lakin müharibə davam edir",  - Putin qeyd edib.

Rusiya lideri əlavə edib ki, o, Britaniyanın keçmiş baş nazirinin Ukrayna hakimiyyətini danışıqlardan niyə çəkindirdiyini bilmir.

Gülayə Mecid