"Gec-tez Moskva ilə Kiyev razılığa gələcək, qardaş xalqlar arasında münasibətlər tənzimlənəcək". 

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin telejurnalist Taker Karlsona müsahibəsi zamanı deyib.

Rusiya lideri həmçinin əlavə edib ki, bunun üçün vaxt lazım ola bilər: "Yenə də gec-tez razılığa gələcəyik. Bilirsiniz, indiki vəziyyətdə hətta qəribə səslənə bilər, amma onsuz da xalqlar arasında münasibətlər bərpa olunacaq. Bu, çox vaxt aparacaq, lakin bərpa olunacaq.

“Qərbdə hamı hesab edir ki, hərbi əməliyyatlar həmişəlik olaraq rus xalqının bir hissəsini digərindən ayırıb. Yox, yenidən birləşmə baş verəcək".

Ağarza Elçinoğlu