Pakistan ordusu seçki günü ölkə daxilində 51 terror aktının törədildiyini açıqlayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, terror aktlarında 10-u təhlükəsizlik işçisi və 2-si mülki şəxs olmaqla 12 nəfərin həyatını itirib, 39 təhlükəsizlik əməkdaşının isə yaralanıb.
Pakistan ordusu açıqlamasında 5 terrorçunun zərərsizləşdirildiyini bildirib.