Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu 9 fevral 2024-cü il tarixdə Sumqayıt şəh.12-ci mkr.Çerkassi küçəsində yerləşən Qubadlı rayon Hafiz Quliyev adına Çaytumas kənd məktəb-liseyində keçirilib. 

"Unikal" xəbər verir ki, qəbulda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edib.                        

Qəbulda sakinlər tərəfindən qaldırılan 26 məsələdən 6-sı yerində həll olunub, 7-si baxılması üçün nəzarətə götürülüb. 5 məsələ ilə bağlı isə vətəndaşlara müvafiq izahat verilmiş, 8 nəfər isə görülən işlərə görə minnətdarlıq bildirmişdir. Onların arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir. 

Qəbuldan razı qaldıqlarını bildirən sakinlər həmçinin, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.