Çinə Yaşıl Taxta Əjdaha ili gəlib. 

“Unikal” xəbər verir ki, şərq təqviminə görə, Yaşıl Taxta Əjdaha ili 2025-ci il yanvarın 28-dək davam edəcək.

Çin astrologiyasında 12 bürc heyvanının hər biri beş elementdən birinə - ağac, su, od, metal və torpaq uyğun gəlir.

Həmçinin, bu elementlərin hər birinin özünəməxsus rəngi var: ağac yaşıldır, buna görə də il Yaşıl Taxta Əjdaha ili adlanır. Hər 12 ildən bir bu və ya digər bürc heyvanının elementi dəyişir.