İsrail ordusunun Şimal Komandanlığı general-mayor Ori Qordin Hizbullaha qarşı hücuma hazırlaşdıqlarını açıqlayıb.

"Unikal" xəbər verir ki, İsrailin şimalında yerli rəsmilərlə görüşdə danışan general-mayor Qordin ölkənin şimalındakı vətəndaşların evlərinə qayıtmasını təmin etmək üçün Hizbullaha qarşı daha geniş hücuma hazırlaşdıqlarını bildirib.

Qordin, İsrail ordusunun məqsədinin ölkənin şimalındakı təhlükəsizlik vəziyyətini sakinlərin təhlükəsiz şəkildə evlərinə qayıtmasına imkan verəcək şəkildə dəyişmək olduğunu müdafiə edib.

İsrail ordusu ilə Hizbullah arasında 8 oktyabr 2023-cü ildən bu yana gedən qarşıdurmalarda 184 Hizbullah üzvü, 6 Əməl Hərəkatı üzvü, 31 Livanlı mülki, 6 İsrail vətəndaşı və 10 İsrail əsgəri həlak olub.