Kiyev Şəhər Şurasının deputatları Kiyevdə anadan olmuş məşhur rus yazıçısı Mixail Bulqakovun adını daşıyan küçəyə yeni ad verərək, gürcü aktyoru və müğənnisi Vaxtanq Kikabidzenin şərəfinə adlandırıblar.

"Unikal" xəbər verir ki, bu barədə paytaxt şurasının mətbuat xidməti məlumat yayıb. 

Ukrayna paytaxtı merinin müavini, şəhər şurasının katibi Vladimir Bondarenkonun sözlərinə görə, Kiyev “ukraynalıların milli şüurunu təhrif etdiyi” iddia edilən yer adlarından qurtulmağa davam edir.

Kiyev merinin müavini bildirib ki, Ukraynanın paytaxtında Rusiya və onun “sovet və imperiya keçmişi” ilə bağlı heç bir ad qalmamalıdır.

Qeyd edək ki, Kikabidze ömrünün sonunda dəfələrlə anti-Rusiya şüarları ilə çıxış edib və 2014-cü ildə çevrilişdən sonra Ukraynanı dəstəkləyib.

Nuranə Abbasova