Argentinalı futbolçu Lionel Messinin çıxış etdiyi “İnter Mayami” ilə Honq Konq regional komandası arasında keçirilən xüsusi matçda ulduz futbolçunun meydana çıxmadığı üçün tamaşaçıların bilet pulunun yarısının geri qaytarılacağı bildirilib.

"Unikal" xəbər verir ki, Honq Konq ictimai yayımı RTHK-nın xəbərinə görə, təşkilatçı şirkət Tatler Asia, ödədikləri qonorarın yarısının rəsmi kanallar vasitəsilə bilet alan tamaşaçılara geri qaytarılacağını açıqlayıb.

Argentinalı ulduz futbolçu Messinin fevralın 4-də Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsində keçirilən xüsusi matçda zədəsini əsas gətirərək iştirak etməməsi onu izləmək üçün stadiona gələn tamaşaçıların reaksiyasına səbəb olub.

Bildirilib ki, ödəniş planı Honq Konq İdman Nazirliyi və İstehlak Şurası ilə təşkilatçı şirkət arasında aparılan danışıqlardan sonra götürülüb.

"İnter Mayami" klubu verdiyi yazılı açıqlamada Lionel Messi və onun "Barselona"dakı keçmiş komanda yoldaşı Luis Suaresin matçda iştirak etməməsinə görə Honq Konqlu futbolsevərlərdən üzr istəyib və futbolçuların sağlamlığının klub üçün prioritet olduğunu vurğulayıb.

Onlar Honq Konq hökumətindən də pul almayacaqlar.