Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirən Rəşt-Astara dəmir yolunun tikintisi beş ilə tamamlana bilər.

"Unikal" xəbər verir ki, bunu İranın yollar və şəhərsalma nazirinin müavini Xeyrullah Hədami deyib.

“Əgər maliyyə vəsaiti təmin olunarsa, çatışmayan 162 kilometrlik hissənin tikintisi 5 il ərzində başa çatdırıla bilər”, - o bildirib.

Nazir müavini əlavə edib ki, tikinti üçün vəsait Rusiya tərəfindən verilir.

Xatırladaq ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Azərbaycandan keçməklə Hindistan, İran və Rusiyanı birləşdirəcək.