Ukraynanın  Xerson şəhərində Dnepr çayının sahilyanı ərazilərində silsilə partlayışlar qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Xerson Hərbi Administrasiyasının rəhbəri Roman Mroçko öz Telegram kanalında məlumat verib.

“Xersonun sahilyanı ərazilərində partlayış səsləri eşidilir”, o xəbərdarlıq edib.

O, yerli sakinləri təhlükəsiz yerlərə getməyə, pəncərələrdən uzaq durmağa çağırıb.

Mroçko başqa heç bir əlavə məlumat verməyib.