Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun Köçəsgər və Poylu kəndlərində vətəndaşların növbəti səyyar qəbullarını keçirib. 

"Unikal" xəbər verir ki, səyyar qəbullarda RİH başçısı aparatının məsul şəxsləri, aidiyyəti təşkilatların nümayəndələri, yaşayış məntəqələrinin sakinləri iştirak ediblər. RİH başçısı çıxışlarında qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi fonunda, 7 fevral 2024-cü ildə tarixdə ilk dəfə olaraq bütün ölkə ərazisində, o cümlədən Xankəndidə, Şuşada keçirilən seçkilər münasibəti ilə hər kəsi təbrik edərək qeyd edib ki, xalqımız bu dəfə də qalib liderin ətrafında sıx birləşərək ölkəmizin xoş gələcəyi üçün əzmkarlıq və birlik nümayiş etdirdi, ölkəmizin xoşbəxt gələcəyini, sabitliyini, tərəqqisini dəstəklədi. Ulu Öndər Heydər Əliyev prinsiplərini və dövlətçilik ənənələrini layiqincə davam etdirən cənab İlham Əliyevin növbədəkənar Prezident seçkilərində möhtəşəm qələbəsi, bir daha bütün dünyaya bəyan etdi ki, Xalq-Prezident birliyi, həmrəyliyi sarsılmazdır.

Vətəndaşların müraciət və təklifləri qəbul olunaraq nəzarətə götürülüb. Hər bir məsələnin həlli istiqamətində aidiyyəti üzrə məsul şəxslərə müvafiq tövsiyələr və konkret tapşırıqlar verilib.