Bakıda məmur övladlarının yeni əyləncəsi
22:08 03-05-2013
İQTİSADİYYAT
Bakıda məmur övladlarının yeni əyləncəsi
Onlar sadə vətəndaşları necə hovuza salırlar?
Azərbaycanda bəzi məmur övladlarının, ölkə başçısının təbirincə desək, “qudurğan hərəkətləri” ilə bağlı çox deyilir, yazılır. Prezidentin belələrinə kəskin xəbərdarlığından sonra artıq bu cür hərəkətlərin azalacağını, o hərəkətləri edən məmur övladlarının və atalarının sərt şəkildə cəzalandırılacağı tamamilə gözləniləndir.
Hələliksə bununla bağlı şikayətlərə, narazılıqlara rast gəlinməkdədir. Aşağıda da elə bu haqda bəhs olunur.
Məsələ burasındadır ki, Bakıda avtomobil dayanacaqlarının azlığı və buna görə də bır sıra problemlərin yaranması paytaxtın aktual problemlərindəndir. Bu problem yollarda tıxacların yaranmasından tutmuş, insanların hərəkətinin və istirahətinin çətinləşməsinə kimi özünü göstərir.
Amma bəzən avtomobilləri zəruri olmadığı təqdirdə belə, piyadaların hərəkəti üçün nəzərdə tutulan yerlərdə və ya sakinlərin istirahət etdiyi ərazilərdə saxlayırlar. Bunu aznews.az saytının hazırladığı videonu izləməklə də (maraqlananlar internetdə aznews.az/news.php?id=22450#.UYJJP6KSJv4 linkini tıklayaraq izləyə bilərlər) görmək mümkündür.
Məlumat üçün deyək ki, görüntü keçmiş Şuşa kinoteatrının arxasındakı Parkda çəkilib. Bura uşaqların oynaması üçün nəzərdə tutulan hissədir. Amma həmin hissə hansısa məmur övladlarının bahalı avtomobillərinin dayanacağına çevrilib.
Uşaqlar da yer tapmayıb, suyu çəkilmiş hovuzun içərisində oynamağa məcbur olublar.
Bəlkə piyadalar üçün yol da, yaşlı nəslin istirahəti üçün yerlərdə belə hovuzların içərisində yerləşdirilsin?
Bu mövzuya diqqət ayırmağımızın əsas səbəbi isə hələ də öz komfortları və əyləncələri naminə vətəndaşlara qarşı hörmətsizlik etməyə davam edən məmur övladlarına ölkə rəhbərliyinin yazının əvvəlində qeyd etdiyimiz kəskin xəbərdarlığını bir daha xatırlatmaqdır. Sadə insanlara bu cür münasibətin sonradan məmur övladları və onların atalarına, vəzifəli yaxınlarına necə baha başa gəldiyini isə yaxın tariximizdə gözlərimizlə gördük.
Məmur övladlarının bunu unutmamasında fayda var - həm özləri, həm də ataları üçün...
Günel Əkbər
Digər Xəbərlər
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00