İrandan Azərbaycana zərbə
22:09 03-05-2013
İQTİSADİYYAT
İrandan Azərbaycana zərbə
Dini rəhbərlik yenə münasibətləri gərginləşdirdi
Bu günlərdə Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyev İrana səfər etdi və bir sıra mühüm görüşlər keçirtdi. Əksər analitiklər hesab etdi ki, bu görüş iki ölkə arasında münasibətləri daha da dərinləşdirəcək və yaranan bir sıra problemlər aradan qaldırılacaq.
Hətta İran prezidenti ilə görüş zamanı qərbin əleyhinə verilən bəyanatlar kifayət qədər riskli bir bəyanatlar idi və güman edilirdi ki, İranda eyni jesti edəcək. Amma hər şey əksinə oldu. Görüşdən iki gün sonra bir azərbaycanlı vətəndaş İranda həbs edildi. XİN mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın Təbrizdəki Baş Konsulluğu İran tərəfinə Azərbaycan vətəndaşlarının saxlanılması ilə bağlı nota təqdim edib. XİN-dən notanın detallarını açıqlamayıblar.Qeyd edək ki, İran tərəfi artıq şifahi şəkildə iki Azərbaycan vətəndaşının saxlanılmasını təsdiq edib.Xatırladaq ki, AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub.Bundan başqa, daha bir Azərbaycan Respublikası vətəndaşının və 4 azərbaycanlı fəalın həbsə alındığı bildirilir. Azərbaycan Respublikası vətəndaşının X. Xalidin yardımçısı, adının isə Şamxal olduğu qeyd olunur. Onlar Oxtay Rəşidinin anasının doğum günü və İranda Analar Günü münasibətilə onun ata evinə toplaşıblar. Ancaq ETTELAAT əməkdaşları evə basqın edib, azərbaycanlı fəala məxsus kitabları, kompüteri və bir sıra şəxsi əşyaları müsadirə ediblər, onların özlərini isə tutaraq naməlum istiqamətə aparıblar. Hazırda onların harada saxlanıldıqları məlum deyil. Maraqlıdır, iki ölkə münasibətlərinin dərinləşdiyi bir məqamda nədən belə bir addım atılır? Ekspertlər hesab edir ki, əslində bu sırf İranın daxili problemləridir. Belə ki, İranda hazırda dini rəhbərliklə siyasi rəhbərlik arasında ciddi problemlər var. Ən qəribəsi isə budur ki, siyasi rəhbərlik Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşmasına nə qədər cəhd edirsə, dini rəhbərlik bir o qədər münasibətlərin gərginləşməsinə çalışır. Çox maraqlı haldır ki, İran prezidenti ilə Ramiz Mehdiyevin görüşündən sonar bir tərəfdən azərbaycanlı alim həbs edildi, bu biri tərəfdən isə İran prezidentinin özüdə 7 saat həbsdə saxlanıldı. Ekspertlər hesab edir ki, bununla da dini rəhbərlik cəmiyyətə sübut etməyə çalışdı ki, ölkədə söz sahibi məhz dini rəhbərlikdir. Maraqlıdır ki, Ramiz Mehdiyevin səfərindən dərhal sonar mövcud hakimiyyətə qarşı sərt açıqlamlar verən İslam partiyasının sədr əvəzi də İrana getdi və dini rəhbərlik səviyyəsində qəbul olundu. Xatırladaq ki, İslam partiyası bir başa İranın himayəsindədir. Maraqlıdır, bəs hansı səbəbdən dini rəhbərlik Azərbaycana qarşı belə sərt mövqe sərgiləyir? Ekspertlər bildirir ki, İrandakı dini rəhbərlik hesab edir ki, İran ətrafında nə qədər dini dövlət çox olarsa bu o qədər İranın təhlükəsizliyinə cavab verir. Məhz bu amilə görə hər zaman cəhd edilib ki, Azərbaycanda ya dini dövlət formalaşdırılsın, ya da dini qanad kifayət qədər hegomonlaşsın. Bu səbəbdən İran tərəfindən Azərbaycanda bir neçə təşkilat yaradılıb və hazırda İslam Partiyası bütün gücünü səfərbər edib ki, qarşıdan gələn prezident seçkilərində hakimiyyətə əzələ nümayiş etdirsinlər.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00