Xalq artisti Ağacəbrayıl Abasəliyev iki ildir efirə çıxmamasının səbəbini açıqlayıb.
"Unikal" xəbər verir ki, kamança ifaçısı "Elgizlə izlə" proqramına zəng edərək səhhətindən danışıb. O bildirib ki, səhhətində problemlər yaranıb:
"İki ayın içərisində 3 dəfə əməliyyat olunmuşam. 2 ildir efirə çıxmıram. Açıq ürək əməliyyatı keçirtdim, hamıdan gizlətdim. Mənə telefonu da götürməyə qoymurlar".