Türkiyənin Ərzincan şəhərində qızıl mədənində torpaq sürüşməsi nəticəsində 9 işçi torpaq altında qalıb. 

"Unikal" xəbər verir ki, Ərzincanın İliç rayonundakı Anagold Madencilik şirkətinə məxsus Çöplər Qızıl Mədənində torpaq sürüşməsi baş verib.

Daxili işlər naziri Əli Yerlikaya 9 işçi ilə əlaqə saxlamaq mümkün olmadığını bildirib.

Ədliyyə naziri Yılmaz Tunç açıqlamasında bildirib ki, sürüşmə ilə bağlı İliç Respublika Baş Prokurorluğu tərəfindən məhkəmə istintaqı başladılıb və 4 dövlət ittihamçısı təyin edilib. 

Fövqəladə Hallar Rəhbərliyi (AFAD) ərazidə axtarış işlərinə 9 şəhərdən komanda gəldiyini açıqlayıb.  

17:53

Türkiyənin Ərzincan şəhərində qızıl mədənində torpaq sürüşməsi baş verib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində işçilər torpaq altında qalıb.