Rusiya prezidenti Vladimir Putin Rusiyanın Ukraynada daha əvvəl “xüsusi hərbi əməliyyat”a başlamamasından təəssüfləndiyini bildirib.

"Unikal" xəbər verir ki, o, bu barədə jurnalist Pavel Zarubinə müsahibəsində deyib.

“Təəssüf edə biləcəyimiz yeganə şey odur ki, biz layiqli insanlarla ünsiyyətdə olduğumuza inanaraq aktiv fəaliyyətimizə əvvəllər başlamamışıq”, - deyə Putin bildirib.

O qeyd edib ki, ilk mərhələdə Rusiya Donbassdakı münaqişəni “dinc vasitələr - Minsk razılaşmaları” ilə həll etməyə çalışıb.