ABŞ-nin Corciya ştatında məktəbdə atışma olub.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Atlanta şəhərində baş verən hadisə nəticəsində 4 orta məktəb şagirdi yaralanıb.

Atışma məktəb binasının qarşısındakı dayanacaqda baş verib. Onlar xəstəxanaya çatdırılıblar, hazırda həyatları üçün təhlükə yoxdur. Hadisədən sonra məktəb bağlanıb.

Polis şübhəlilərin həbsi barədə açıqlama verməyib.