Kiyevdə və Kiyev vilayətində partlayış səsləri eşidilib, hava hücumundan müdafiə sistemləri işə düşüb.

"Unikal" xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko öz Telegram kanalında məlumat paylaşıb. 

“Şəhərdə partlayışlar. Hava hücumundan müdafiə işləyir”, - mer yazıb.

Məlumata görə,  Ukrayna paytaxtında ən azı iki güclü partlayış səsi eşidilib.

Kiyev vilayət administrasiyası da hava hücumundan müdafiənin işi ilə bağlı mesaj dərc edərək yerli sakinlərdən foto və videoları internetdə yerləşdirməməyi və “məlumat susqunluğunu qorumağı” xahiş edib.

Gülayə Mecid