Mərmərə dənizində yük gəmisi batıb. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Gəmidəki 6 ekipaj üzvündən hələ də xəbər yoxdur. Onların gəmidən çıxarkən istifadə etdikləri sal boş tapılıb. 

Hava şəraitinə görə helikopterlərlə axtarış aparmaq mümkün olmayıb. 

Hazırda Bursa şəhər Sahil Təhlükəsizliyi Baş İdarəsi "BATUHAN A" adlı 69 metrlik gəmi və ekipaj üzvlərinin axtarışlarını davam etdirir. 

Ağarza Elçinoğlu