Sankt-Peterburqda vərəm əleyhinə dispanserdə xəstələr arasında dava düşüb. 

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, dava nəticəsində 58 yaşlı xəstə bıçaqlanaraq qətlə yetirilib. Onu öldürməkdə şübhəli bilinən 36 yaşlı vərəm xəstəsi saxlanılıb. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə səbəblərini araşdırır. 

Ağarza Elçinoğlu