"Hər iki variant bizim üçün məqbuldur".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin növbəti iclasında deyib. 

Baş nazir sərhərlərin bərpası üçün 2 yol təklif edib: "Biz hətta bu variantla razıyıq: sərhəd xəttini hətta bölgə-bölgə bərpa etmək, sonra bərpa olunan sərhəd xəttinə uyğun olaraq qoşunların yerləşdirilməsini tənzimləmək və növbəti hissəyə keçmək. Növbəti mərhələdə isə eksklav məsələləri. Yəni iki variant var: birincisi, bütün sərhəd boyu demarkasiyanı həyata keçirmək və onun icrasına keçmək, ikincisi, sərhədi hissələrə bölmək və hissə-hissə demarkasiya ilə irəliləmək". 

Ağarza Elçinoğlu