Bakının Nərimanov rayonunda yerləşən gözəllik salonundan 4 min manatlıq alətlərin oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən qadın saxlanılıb.
Araşdırma aparılır.