Xalq artisti Gülyanaq Məmmədova həyat yoldaşı Ziya bəyi doğum günü münasibətilə təbrik edib.
"Unikal" xəbər verir ki, İnstaqramda fotolarını paylaşan müğənni yazıb:
"Bir il qocaldın deyə gileylənsən də, şadam ki, bir il də yanımda qocaldın. Yaşlandıqca hər şey daha da yaxşılaşır. Doğum günün mübarək ömür-gün yoldaşım..".
Qeyd edək ki, Ziya və Gülyanaq cütlüyünün 4 övladı var.