Ukrayna və Almaniya təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında ikitərəfli saziş imzalayıb.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında G7 bəyannaməsinin davamı olan sazişə Ukrayna və Almaniya liderləri imza atıb. 

***14:09

Ukrayna prezidenti Volodimir Zelenskinin Almaniyaya səfəri başlayıb.

“Unikal” xəbər verir ki, o, bu barədə telegram hesabında paylaşım edib.

"Qarşıda iki mühüm gün var. Almaniya və Fransadakı tərəfdaşlarla planlaşdırılan görüşlər, yeni razılaşmalar və Münhen Təhlükəsizlik Konfransında iştirak. Ukrayna üçün yeni təhlükəsizlik arxitekturası, yeni imkanlar...Ukrayna şərtləri ilə müharibəni tezliklə bitirmək üçün hər şeyi edirik. Bu mümkündür və etibarlı sülhü təmin edir", - deyə Ukrayna dövlət başçısı qeyd edib.

Zərifə Nağıyeva