"Navalnı azadlıq və demokratiya dəyərləri uğrunda özünü qurban verdi".

"Unikal" xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Şarl Mişel "X" hesabında yazıb. 

O, rusiyalı müxalifətçi Aleksey Navalnının ölümündə Rusiya hakimiyyətini günahlandırıb: "Aİ bu faciəli ölümə görə yalnız Rusiya rejiminin məsuliyyət daşıdığını hesab edir. Onun ailəsinə və dünyanın hər yerində demokratiya uğrunda ən ağır şəraitdə mübarizə aparanlara dərin hüznlə başsağlığı verirəm. Döyüşçülər ölür. Amma azadlıq uğrunda mübarizə heç vaxt bitmir".

Ağarza Elçinoğlu