İsrailin Kiryat-Malachi şəhərində terror hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, terrorçu avtomobillə avtobus dayanacağına yaxınlaşıb və maşından düşərək insanlara tapançadan atəş açıb.
"Kan" radiosu xəbər verir ki, hazırda 4 qurban və 6 yaralı barədə məlumat verilir.
Terrorçu şəxsi silahla yoldan keçən vətəndaş tərəfindən vurulub.
Cinayəti törədən şəxsin kimliyi də məlum olub. Onun Qüdsdəki Şoafat qaçqın düşərgəsinin sakini Fadi Camjom olduğu bildirilir.