"Mevzu derin" serialında rol alacaq daha bir aktyorun kimliyi bəlli olub.

"Unikal" xəbər verir ki, ekran işində aktyor Engin Benli rol alacaq. O, layihədə "Faruk Bedir" obrazına həyat verəcək.

Qeyd edək ki, serialda baş rolları Gürkan Uyqun və Melike İpek Yalova canlandıracaq. Engin son olaraq "Ben bu cihana sığmazam"da izləyicilərin qarşısına çıxıb.