"Aleksey Navalnının ölüm səbəbini məhkəmə-tibb ekspertləri və istintaq müəyyən edəcək, Lakin onun ölümü “çox sayda uğursuz qərarlar” qəbul edən və indi öz mövqelərindən yapışan kollektiv Qərb ölkələrinin siyasətçiləri üçün faydalıdır".

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu fikri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

"Navalnının ölümündə Vaşinqton və Brüssel günahkardır. Səbəbi məhkəmə-tibb ekspertləri və istintaq müəyyən edəcək. Onların hamısı, adları hamıya məlumdur: NATO-nun baş katibi və ABŞ rəhbərliyindən tutmuş Almaniya kansleri Olaf Şolts, Britaniya baş naziri Rişi Sunak və Ukrayna prezidenti Volodimir Zelenskiyə qədər Navalnının ölümünün günahkarlarıdır. Məhz onlar çox sayda uğursuz qərarlar qəbul edərək öz vəzifələrindən yapışdılar. Navalnının ölümü onlar üçün faydalıdır”, – deyə Volodin vurğulayıb.

Nuranə Abbasova