Qazaxıstanda 63 metrlik qüllə alovlanaraq uçub.

"Unikal" xəbər verir ki, Qazaxıstanın Aktau şəhərində sənaye parkının ərazisindəki istehsalat qülləsi yanğın nəticəsində yanıb. Əvvəllər onun tərkibində kimyəvi tullantılar olub. İlkin ehtimala görə, yanğına səbəb təhlükəsizlik qaydalarına riayət edilməməsi olub.

Ölənlər barədə məlumat verilmir.